|
“HES” hüquq firması sahibkarlıq fəaliyyəti ilə məşğul
olan hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan fəaliyyət
göstərən iş adamlarına, habelə vətəndaşlara aşağıdakı
xidmətləri təklif edir:
- müxtəlif müqavilələrin layihələrinin
hazırlanması, vəkalət əsasında onların imzalanması və
bu müqavilələr üzrə vəzifələrin icra olunması, hüquqların
həyata keçirilməsi, digər hərəkətlərin yerinə yetirilməsi;
- hüquqi şəxslərin təsis edilməsi, onların
filial və nümayəndəliklərinin yaradılması və dövlət
qeydiyyatından keçirilməsi, bununla bağlı hüquqi şəxsin
nizamnaməsinin, filial və nümayəndəliklərin əsasnaməsinin
və digər zəruri sənədlərin layihələrinin hazırlanması;
- sahibkarlıq fəaliyyəti üçün zəruri
olan xüsusi razılığın (lisenziyanın), icazənin, sertifikatın,
şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin
alınması, bununla bağlı zəruri sənədlərin tərtibatı;
- bütün növ əmlak üzərində mülkiyyət
və digər əşya hüquqlarının rəsmiləşdirilməsi, o cümlədən
bu hüquqları təsdiq edən sənədlərin aidiyyəti dövlət
orqanlarından alınması;
- kommersiya təmsilçiliyi;
- banklarda və bank olmayan kredit təşkilatlarında
hesabların açılması;
- qiymətli kağızlar üzrə hüquqların həyata
keçirilməsi, vəzifələrin icrası ilə əlaqədar hüquqi
hərəkətlərin yerinə yetirilməsi;
- əmlak bölgüsü ilə bağlı hüquqi hərəkətlərin
yerinə yetirilməsi;
- hüquqi şəxsin ləğvi və yenidən təşkili
ilə bağlı hüquqi hərəkətlərin yerinə yetirilməsi;
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
ilə bağlı istifadə olunan hüquqi sənədlərin tərtibatı;
- məhkəmə təmsilçiliyi;
- konsaltinq xidmətləri.
“HES” hüquq firmasının təklif etdiyi xidmətlərlə əlaqədar
müştərilər ilə bağlanan müqavilələrin formaları:
|