|
Elçin
Zahid oğlu Nadirov 1963-cü ildə anadan olmuşdur.
Bakı
Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1995-1997-ci illərdə Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının üzvü kimi fəaliyyət göstərmişdir.
1997-2006-cı illərdə əvvəlcə Azərbaycan Respublikasinin
Ticarət Nazirliyində, sonradan isə Dövlət Əmlakı Nazirliyində
və İqtisadi İnkişaf Nazirliyində hüquq departamentinin
direktoru vəzifəsində işləmişdir.
E.Nadirov iqtisadi münasibətlərin tənzimlənməsi sahəsində
bir çox qanunvericilik aktlarının işlənib hazırlanmasında,
o cümlədən idxal-ixrac əməliyyatlarının tənzimlənməsi,
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması
istiqamətində həyata keçirilən tədbirlərdə, ölkə vətəndaşları
üçün pasportların işlənib hazırlanması prosesində yaxından
iştirak etmişdir.
Bir sıra təcrübəli mütəxəssislərlə yanaşı E.Nadirovun
iştirakı ilə dövlət əmlakının özəlləşdirilməsinin ikinci
mərhələsini tənzimləyən qanunvericilik toplusu işlənib
hazırlanmışdır.
E.Nadirov dövlət qulluğunda çalışdığı dövrdə mühüm dövlət
tədbirlərinin hazırlanmasında və keçirilməsində iştirak
etmiş, iqtisadi sahədə əməkdaşlıq üzrə bir sıra dövlətlərarası
komissiyaların üzvü kimi xarici səfərlərdə olmuş, işçi
qruplarına rəhbərlik etmiş və müxtəlif dövlətlərarası
danışıqların yekunu kimi qəbul olunmuş sənədlərin hazırlanmasında
yaxından iştirak etmişdir.
|