Səhmdar cəmiyyətlərin təsis edilməsi və fəaliyyətinə dair məlumatlarAzərbaycan Respublikasının qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti iki formada - hüquqi şəxs yaratmadan və hüquqi şəxs təsis etməklə həyata keçirilir.
Bu gün ölkədə hüquqi şəxs təsis etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq praktikası geniş yayılmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 86 000 (səksən altı min) keçmişdir.
Kommersiya hüquqi şəxslərin təşkilati-hüquqi forması qanunvericilikdə öz əksini tapmışdır (səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, tam ortaqlıq, kommandit ortaqlığı).
Bu gün sahibkarlıq sferasında ən çox yayılmış kommersiya hüquqi şəxslərin təşkilati-hüquqi forması səhmdar cəmiyyətidir.
Səhmdar cəmiyyətinin hüquqi şəxslərin digər təşkilati-hüquqi formaları ilə müqayisədə bir sıra üstünlükləri mövcuddur.
Birincisi: bu təşkilati-hüquqi forma səhm buraxmaqla geniş sayda şəxslərin vəsaitlərinin təsis edilən cəmiyyətə cəlb edilməsinə imkan yaradır.
İkincisi: səhmdar cəmiyyətin iştirakçısının (səhmdarının, təsisçisinin) payının (səhminin) qeydiyyatı və özgəninkiləşdirilməsi qaydası qanunvericiliklə müfəssəl şəkildə tənzimlənmişdir.
Üçüncüsü: səhmdar cəmiyyətin iştirakçısı (səhmdarı, təsisçisi) cəmiyyətin cari idarə olunmasına müdaxilə etmədən onun üzərində nəzarət imkanın özündə saxlayır.
Səhmdar cəmiyyətin növləri, təsis edilməsi və qeydiyyatı, habelə səhmlərin emissiyası qaydası, cəmiyyətin nizamnamə kapitalına dair tələblər qanunvericiliklə müəyyən edilmişdir.
Səhmdar cəmiyyətlərin təsis edilməsi və fəaliyyəti ilə bağlı ətraflı məlumat almaq istəyirsinizsə, habelə səhmdar cəmiyyətin təsis edilməsi, qeydiyyatı və idarə olunması ilə bağlı hüquqi yardıma ehtiyacınız varsa, “HES” hüquq firmasına müraciət edin.