Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Məhkəmə qərarlarının icrası barədə

İstər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində, istərsə də vətəndaşların şəxsi məsələlərinin həlli zamanı mübahisələr və ixtilaflar yaranır. Yaranmış mübahisə və ixtilaflar müxtəlif yollar ilə həll olunur. Lakin, şübhəsiz ki, onların mülki icraat çərçivəsində məhkəmə qaydasında həlli yoluna daha çox üstünlük verilir. Məhz qanunvericilikdə də mübahisə və ixtilafların məhkəmə qaydasında həlli proseduru daha dəqiq nizamlanmışdır. Bununla belə, hələ məhkəmədə işi udmaq qarşıya qoyulan məqsədə nail olmaq demək deyildir. Məhkəməyə müraciət edən şəxsin tələbinin məhkəmə tərəfindən təmin edilməsi yalnız ilk mərhələ hesab olunur. Ərizəçinin (iddiaçının) tələbinin real şəkildə yerinə yetirilməsi mülki məsələlərə dair məhkəmə qərarlarının icrası çərçivəsində baş verir. Qanunvericilik məhkəmə qərarlarının icrası prosedurunu, onu aparan şəxslərin səlahiyyətlərini və s. əhəmiyyətli məsələləri təsbit etmişdir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində, habelə vətəndaşların şəxsi məsələlərinin həlli zamanı yaranmış mübahisələr və ixtilafların həlli ilə bağlı məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat almaq istəyirsinizsə, habelə mülki işlər üzrə məhkəmələr tərəfindən çıxarılmış qərarların icrası ilə bağlı hüquqi yardıma ehtiyacınız varsa, “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az