Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Müqavilə hüququ haqqında

Gündəlik həyatımızda gördüyümüz işlərin çoxu tərəfmüqabillərimizin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Bu hal istər istehlak məqsədi ilə ərzaq və digər məhsulların əldə edilməsində, istər kommunal xidmətlərdən istifadə zamanı, istərsə də sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan təsərrüfat əməliyyatları vaxtı baş verir. Bütün bu məsələlər mülki qanunvericiliklə tənzimlənir. Qeyd edilən işlərin növü və məqsədlərindən asılı olmayaraq onları birləşdirən cəhət - müqavilə hüququdur. Belə ki, bu hərəkətlər müqaviləyə, yəni tərəflərin razılığına (şifahi və ya yazılı) əsasən həyata keçirilir. Qanunvericilik müqavilələrin bağlanması, icrası və xitamı ilə bağlı ümumi şərtlər müəyyənləşdirməklə yanaşı, ayrı-ayrı müqavilə növlərinə aid müddəaları da nəzərdə tutur. Müqavilə hüququ barədə ətraflı məlumat almaq istəyirsinizsə, habelə mülki dövriyyənin müxtəlif sahələri ilə bağlı müqavilə layihələrinin tərtib edilməsində yardıma ehtiyacınız varsa, “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az