Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı haqqında Digər ölkələr kimi Azərbaycan Respublikası da beynəlxalq iqtisadi münasibətlərə inteqrasiya olunub. Bu, ilk növbədə, Azərbaycan Respublikasının beynəlxalq maliyyə-iqtisadi təşkilatlarla əməkdaşlıqda özünü göstərir.
Hazırda Azərbaycan Respublikası bir çox beynəlxalq maliyyə-iqtisadi təşkilatların üzvüdür.
Bu əməkdaşlıq Azərbaycan Respublikasının iqtisadiyyatının beynəlxalq iqtisadiyyata daha da sıx inteqrasiyasına, beynəlxalq standartların ölkəmizdə tətbiqinə imkan yaradır.
Eyni zamanda, beynəlxalq maliyyə-iqtisadi təşkilatlarla əməkdaşlıq ölkəmizin üzərinə bir sıra öhdəliklər də qoyur. Bu özünü qanunvericiliyin müəyyən olunmuş tələblərə uyğunlaşdırılması, institusional quruculuqla bağlı məcburi tələblərin yerinə yetirilməsində öz əksini tapır.
Azərbaycan Respublikasının beynəlxalq maliyyə-iqtisadi təşkilatlarla əməkdaşlığında Ümumdünya Ticarət Təşkilatı ilə münasibətlər xüsusi yer tutur. Hal-hazırda, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilir: dövlət orqanlarının nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılmış, milli qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması istiqamətində işlər aparılır.
Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycan Respublikasına xarici ticarət sahəsində bir sıra preferensiyalar verəcək. Bunlardan biri sərbəst ticarət əməliyyatlarının aparılmasından ibarətdir.
Eyni zamanda, Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycan Respublikasına ölkədə istehsal olunan malların, milli qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının standarlarına uyğunlaşdırılması vəzifəsi qoyur.
Azərbaycan Respublikasının beynəlxalq maliyyə-iqtisadi təşkilatlarında üzvlüyü barədə, bu üzvlüklə bağlı ölkəmizin üzərinə düşən öhdəlik və əldə etdiyi peferensiyalar haqqında ətraflı məlumat almaq istəyirsinizsə, “HES” hüquq firmasına müraciət edin.