Xüsusi iqtisadi zonalar haqqında Artıq bir çox ölkələrdə sahibkarlıq üçün əlverişli rejim tətbiq olunan ərazilər mövcuddur. Bu ərazilər bir sıra ölkələrdə xüsusi iqtisadi zonalar, digər ölkələrdə isə sərbəst iqtisadi zonalar adlandırılırlar.
Həmin ərazilərdə sahibkarlıq subyektləri üçün digər ərazilərlə müqayisədə daha əlverişli vergi, gömrük və digər iqtisadi fəaliyyət rejimləri müəyyən olunur.
Bir çox ölkələrin təcrübəsi göstərir ki, xüsusi iqtisadi zonalar həmin ölkələrin iqtisadi inkişafı üçün mühüm rol oynayır.
Misal üçün Çin Xalq Respublikasını göstərmək olar.
Çin iqtisadi möcüzəsinin əsasında məhz xüsusi iqtisadi zonalar durur.
Hazırda, Azərbaycan Respublikasında da xüsusi iqtisadi zonaların yaradılması istiqamətində işlər görülür. Artıq xüsusi iqtisadi zonalar haqqında qanunvericilik bazası formalaşıb.
Xüsusi iqtisadi zonalar haqqında qanunvericilik xüsusi iqtisadi zonaların yaradılması, onların idarə olunması qaydasını, xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən sahibkarların hüquq və vəzifələrini, onların fəaliyyətinə tətbiq edilən vergi, gömrük və s. rejimləri təsbit edir.
Əgər xüsusi iqtisadi zonalar haqqında ətraflı məlumat almaq, habelə bu zonalarda fəaliyyətinizin təşkili üçün əməli köməyə ehtiyacınız varsa, “HES” hüquq firmasına müraciət edin.