Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların A.R. gömrük sərhəddindən keçirilməsiAzərbaycan Respublikasının beynəlxalq əlaqələri bütün sahələrdə inkişaf etməkdədir. Bu səbəbdən hər gün çoxlu sayda idxal-ixrac əməliyyatları həyata keçirilir, ölkə vətəndaşları və əcnəbilər dövlət sərhədlərini keçirlər.
Qeyd edilən hərəkətlər nəticəsində ölkəyə maddi sərvətlər aparılıb-gətirilir. Şərti olaraq həmin əməliyyatları bir neçə qrupa bölmək olar: beynəlxalq müqavilələrə uyğun olaraq ölkəyə daxil olan və ölkədən çıxarılan əşyalar, diplomatik kanalla gətirilib-aparılan maddi nemətlər, təsərrüfat əməliyyatları nəticəsində idxal-ixrac olunan maddi sərvətlər, vətəndaşların şəxsi istifadəsi üçün gətirilən mallar və s.
Bunların hüquqi rejimi müxtəlifdir.
Qanunvericiliklə ən imtiyazlı hüquqi rejim fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallar üçün tətbiq edilir.
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsi barədə ətraflı məlumat almaq istəyirsinizsə “HES” hüquq firmasına müraciət edin.