Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi barədəAzərbaycan Respublikası iqtisadiyyatın xüsusi sektorunda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsinin xüsusi çəkisi əhəmiyyətli dərəcədədir.
Bu fəaliyyəti tənzimləmək məqsədi ilə bir sıra qanunvericilik aktları qəbul olunmuş, dövlət proqramları təsdiq edilmişdir.
Kənd təsərrüfatının və yeyinti sənayesinin ölkə iqtisadiyyatında mühüm əhəmiyyətini nəzərə alaraq, dövlət tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün güzəştlər müəyyən olunmuşdur.
Bununla yanaşı, istehlakçıların mənafelərinin qorunması, beynəlxalq standartlara cavab verən ixrac yönümlü kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını, emalını və dövriyyəsini təmin etmək məqsədi ilə qanunvericiliklə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı məcburi tələblər müəyyən edilmişdir.
Eyni zamanda, qeyd edilən tələbləri pozan sahibkarlar üçün məsuliyyət tədbirləri nəzərdə tutulur.
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi barədə ətraflı məlumat almaq istəyirsinizsə, habelə bu sahədə əməli yardıma ehtiyacınız varsa, “HES” hüquq firmasına müraciət edin.