Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Avtomobil sahiblərinin nəzərinə

Ölkə əhalisinin əksəriyyəti avtonəqliyyat vasitələrini idarə edirlər. Bununla yanaşı, avtonəqliyyat vasitələrinin sahiblərinin sayı durmadan artır. Avtonəqliyyat vasitələrinin sahibləri həmin vasitələrin idarə olunması və istismarı ilə bağlı bir sıra vəzifələr daşıyırlar. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən avtonəqliyyat vasitələri texniki baxışdan keçməli, onların istismarı qüvvədə olan tələblərə (ekoloji normalara, təhlükəsizlik tələblərinə və s.) uyğun olmalı, bu vasitələrin sahibləri qanunvericiliklə müəyyən edilmiş sənədlərə malik olmalıdır. Eyni zamanda, avtonəqliyyat vasitələri alınarkən, idxal olunarkən, texniki baxışdan keçirilərkən onların sahibləri (alıcıları, satıcıları və s.) müəyyən edilmiş məbləğdə məcburi ödənişlər (rüsum, vergi) həyata keçirməlidirlər. Bir çox hallarda avtonəqliyyat sahibləri idarə etdikləri nəqliyyat vasitələri ilə bağlı öz üzərlərinə düşən vəzifələr, bununla bağlı həyata keçirməli olan ödənişlərin məbləğləri barədə kifayət qədər məlumatlı deyildirlər. Bu da sonda onlar üçün mənfi nəticələrə (cərimə, nəqliyyat vasitəsinin cərimə meydançalarına aparılması, sürücülük hüququndan məhrum edilməsi və s.) səbəb olur. Əgər avtonəqliyyat vasitələri sahiblərinin hüquq və vəzifələri, avtonəqliyyat vasitələrinin idarə olunması ilə bağlı məcburi ödənişlərin məbləğləri barədə ətraflı məlumat almaq istəyirsinizsə, “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az