Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan edilən bütün mülkiyyət növlərinin bərabərliyi prinsipi torpaq fondunun strukturuna da təsirsiz ötməyib. Əvvəllər müstəsna olaraq dövlət mülkiyyəti hesab olunan torpaq sahələri hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilir. Torpaq sahələrinin hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməsi əsasən özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən torpaq sahələrinin satışı və ya aqrar islahatları vasitəsi ilə həyata keçirilir. Bununla yanaşı, bizə müraciət edənlərin əksəriyyəti vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi ilə maraqlanır. Qüvvədə olan qanunvericilik vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi qaydasını, hallarını və şərtlərini tənzimləyir, bu zaman zəruri olan torpaqayırma və digər hüquqverici sənədlərin siyahısını, bu sənədləri verən dövlət qurumlarını müəyyən edir. Əgər vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə ətraflı məlumat almaq istəyirsinizsə, habelə fərdi yaşayış evlərinizin, həyətyanı sahələrinizin, fərdi, kollektiv və kooperativ bağlarınızın, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağlarınızın torpaq sahələrinin mülkiyyətinizə keçirmək üçün hüquqi yardıma ehtiyacınız varsa, “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az