Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Sahibkarların hüquqlarının məhkəmə qaydasında müdafiəsi

Qüvvədə olan qanunvericilik sahibkarların hüquq və mənafelərinin müdafiəsinin müxtəlif üsullarını müəyyən edir. Bununla belə, bir çox hallarda sahibkarlar öz hüquq və mənafelərinin məhkəmə qaydasında müdafiə olunmasına üstünlük verirlər. Sahibkarlar məhkəməyə birbaşa müraciət edə bilərlər. Lakin, müqavilə və ya qanunla bəzi kateqoriya işlər üçün mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınması nəzərdə tutula bilər. Bu halda, sahibkar mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması şərtinə riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ qazanır. Bununla yanaşı, sahibkar bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə məhkəməyə müraciət və məhkəmə prosesində iştirak edə bilər. Sahibkarlar (hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər) arasında mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlərə mülki icraat qaydasında iqtisad məhkəmələrində baxılır. Eyni zamanda, sahibkarların iştirak etdikləri məhkəmə prosesləri iddia predmetindən və işin mahiyyətindən asılı olaraq müxtəlif icraatlar çərçivəsində aparılır. Belə ki, sahibkarlar arasında yaranan iqtisadi mübahisələrə iddia icraatı çərçivəsində baxılır. Sahibkarların müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq pozuntuları barədə qərarlarına dair ərizələr üzrə, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə, normativ xarakterli aktların qanuniliyinin mübahisə edilməsi barədə ərizələr üzrə işlərə xüsusi iddia icraatı qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında, itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı), vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə xüsusi icraat qaydasında baxılır. Sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsi, o cümlədən məhkəmə qaydasında müdafiəsi haqqında ətraflı məlumat almaq istəyirsinizsə, habelə hüquqlarınızın məhkəmədə və digər qurumlarda peşəkarcasına müdafiəsinə ehtiyacınız varsa, “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az