Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Sahibkarlıq fəaliyyətinin «bir pəncərə» prinsipi əsasında tənzimlənməsi

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı qeydiyyat və icazə sisteminin sadələşdirilməsi, sahibkarlıq fəaliyyəti üçün zəruri olan hüquqverici sənədlərin sayının azaldılması dövlətin sahibkarlığın inkişafı istiqamətində apardığı siyasətdə öncül yer tutur. Bu istiqamətdə bir sıra mühüm əhəmiyyətli hüquqi sənədlər qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir. Beləliklə, biznesə başlama prosedurları təkmilləşdirilmiş və kommersiya fəaliyyəti üçün hüquqi şəxs yaratmaq məqsədi ilə artıq yalnız bir dövlət qurumuna - Vergilər Nazirliyinə müraciət etmək lazımdır. Kommersiya hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fondunda və Dövlət Statistika Komitəsində uçotu Vergilər Naziliyinin həmin qurumlara təqdim etdiyi məlumatlar əsasında həyata keçirilir. Həmin Sərəncamla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinin 2008-ci il 1 yanvar tarixindən tətbiq edilməsi qərara alınmışdır. Sərəncama uyğun olaraq müvafiq qanunvericilik aktlarına dəyişiklik edilərək hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatının 5 gündən gec olmayaraq həyata keçirilməsi müəyyən edilmişdir. Sahibkarlıq fəaliyyətinin «bir pəncərə» prinsipi əsasında tənzimlənməsi istiqamətində növbəti addım idxal-ixrac əməliyyatlarının aparılması ilə bağlıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» 11 noyabr 2008-ci il tarixli 12 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi 2009-cu il yanvarın 1-dən tətbiq edilir. Həmin Fərmanla Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunur. Sahibkarlıq fəaliyyətinin «bir pəncərə» prinsipi əsasında tənzimlənməsi, o cümlədən kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi barədə, habelə biznesə başlama prosedurlarının və biznes fəaliyyətinin hüquqi tənzimlənməsi barədə ətraflı məlumat almaq istəyirsinizsə, biznesə başlamaqla bağlı hüquqi yardıma ehtiyacınız varsa, «HES» hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az