Tikinti sahəsində lisenziyalaşdırma barədəAzərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə tikinti sahəsindəki aşağıdakı fəaliyyət növləri lisenziyalaşdırılan fəaliyyət növlərinə aid edilmişdir:
- dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işləri;
- dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi;
- dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işləri.
Bununla yanaşı, həmin Fərmanla qeyd olunan fəaliyyət növlərinə lisenziya verən dövlət orqanları müəyyən edilmiş və lisenziya verilməsinə görə dövlət rüsumunun məbləğləri təsdiq edilmişdir. Dövlət rüsumunun məbləği fəaliyyət növündən asılı olaraq 1100-3300 manat təşkil edir.
Bundan əlavə, Fərmanın icrası məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yuxarıda sadalanan fəaliyyət növlərinə lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər təsdiq edilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət standartlarına uyğun olaraq I, II və III məsuliyyət səviyyəli bina və qurğuların siyahısı təsdiq edilmişdir.
Tikinti sahəsində lisenziyalaşdırılan fəaliyyət növləri barədə ətraflı məlumat almaq istəyirsinizsə, “HES” hüquq firmasına müraciət edin.