Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Qiymətli kağızlar bazarı barədə

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində qiymətli kağızlar xüsusi əhəmiyyətə malikdirlər. Belə ki, məsələn, səhmlər öz sahibləri üçün, eyni zamanda, həm səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək, həm cəmiyyətin fəaliyyətindən gəlir götürmək, həm də cəmiyyətin əmlakına mülkiyyət hüququ əldə etmək imkanı yaradır. Bu vaxt səhm sahibinin səhmdar cəmiyyətin öhdəlikləri üzrə cavabdehliyi onun sahibi olduğu səhmlərin miqdarı ilə məhdudlaşır. Bununla yanaşı, səhmdar əmlak mülkiyyətçisindən fərqli olaraq bəzi məcburi ödənişləri (əmlak vergisi, yol vergisi və s.) həyata keçirməkdən azaddır. Göründüyü kimi, qiymətli kağızlar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi baxımından ən effektiv vasitələrdən biridir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən qiymətli kağızlara orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları, depozit sertifikatı, ipoteka kağızı, opsion, fyuçers, girov kağızı, mənzil sertifikatı aid edilmişdir. Qiymətli kağızların bəzi növləri kommersiya münasibətlərində geniş yayılmışdır. Məsələn, səhmlər, istiqrazlar, veksellər, çeklər. Digər növlərin tətbiqi isə hələ geniş yer almamışdır. Yerinə yetirdikləri funksiyalara görə qiymətli kağızlar investisiya qiymətli kağızlara, ödəniş qiymətli kağızlara, titul qiymətli kağızlara və törəmə qiymətli kağızlara bölünür. İnvestisiya qiymətli kağızlara istiqrazlar və səhmlər, ödəniş qiymətli kağızlara orderlər, çeklər və veksellər, titul qiymətli kağızlara ticarət kağızları, törəmə qiymətli kağızlara opsion və fyuçerslər aiddirlər. Qanunvericiliklə qiymətli kağızların emissiyasına (buraxılışına), onların emitentlərinə (qiymətli kağızların buraxılışını həyata keçirən şəxslərə), habelə qiymətli kağızların rekvizitlərinə dair məcburi göstərişlər müəyyən edilmişdir. Eyni zamanda, müvafiq normativ hüquqi aktlarla qiymətli kağızların hər bir növünün xüsusiyyətlərini tənzimləyən müddəalar əks olunmuşdur. Əgər qiymətli kağızların ayrı-ayrı növlərinin emissiyası, onlar üzrə hüquq və vəzifələrin həyata keçirilməsinin xüsusiyyətləri barədə ətraflı məlumat almaq istəyirsinizsə, habelə müxtəlif növ qiymətli kağızların emissiyası və onlarla bağlı sahiblik hüququnun həyata keçirilməsi ilə əlaqədar hüquqi yardıma ehtiyacınız varsa, “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az