Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Bank fəaliyyəti haqqında

Azərbaycan Respublikasında bankların təşkili, idarə olunması, fəaliyyəti və ləğv edilməsi bank qanunvericiliyi ilə tənzimlənir. Bank qanunvericiliyi sisteminə Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və Milli Bankın normativ xarakterli aktları daxildir. Qanunvericiliyə əsasən bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limiti Milli Bank tərəfindən müəyyən edilir. Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı Milli Bank tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə yerli törəmə banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya), onların filial, nümayəndəlik və şöbələri isə icazə əsasında həyata keçirə bilər. Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Milli Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Lisenziya Milli Bank tərəfindən 5 (beş) il müddətinə verilir. Lisenziya verilməsinə görə dövlət rüsumunun məbləği banklar üçün 22 000 manat, bank olmayan kredit təşkilatları üçün 1100 manat təşkil edir. Bank fəaliyyəti haqqında ətraflı məlumat almaq istəyirsinizsə, habelə bank yaradılmasında hüquqi yardıma ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az