Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Mobil telefon aparatlarının alqı-satqısı ilə məşğul olan sahibkarların nəzərinə!

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır. Telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırmanın qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırma qaydaları və proseduru Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”na uyğun aparılır. Qaydalara əsasən mobil telefon aparatları Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının siyahısına aid edilmişdir. Həmin Qaydalara uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Rabitə vasitələrinin sertifikatlaşdırmasını həyata keçirən qurumu mobil telefonların sınaqlarını keçirərək onlara uyğunluq sertifikatı və sertifikatlaşdırma nişanı ilə markalanma hüququnu verir. Bundan sonra sertifikatlaşdırma üzrə milli orqan olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Rabitə vasitələrinin sertifikatlaşdırmasını həyata keçirən qurumu tərəfindən keçirilmiş sınağın nəticəsinin analizini aparır, uyğunluq sertifikatını qeydiyyatdan keçirir, uyğunluq sertifikatının verilməsi və AZS Milli uyğunluq nişanının tətbiqi hüququnu rəsmiləşdirir. Eyni zamanda, xarici sertifikatların tanınması AZC sisteminin RS 008-94 tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bu zaman Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin rəyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 13-cü və 19-cu bəndlərinə əsasən müvafiq olaraq rabitə sahəsində xidmətlər və standartlaşdırma, sertifikatlaşdırma və patentləşdirmə xidmətləri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlər hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə müvafiq olaraq həmin qiymətlər Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.Tarif Şurası tərəfindən qəbul edilmiş bütün qərarlar Şuranın internet səhifəsində (www.tariffcouncil.gov.az) yerləşdirilir.Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması ilə bağlı xidmətlərin tariflərinə (qiymətlərinə) dair Tarif (qiymət) Şurası tərəfindən hal-hazıra kimi hər hansı bir qərar qəbul edilməmişdir. Mobil telefonların sertifikatlaşdırılması barədə ətraflı məlumat almaq istəyirsinizsə,habelə bu sahədə hüquqi yardıma ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az