Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



İdxal-ixrac əməliyyatlarını həyata keçirən sahibkarların nəzərinə!

Azərbaycan Respublikasında bütün şəxslər tərəfindən ixrac-idxal əməliyyatları Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na uyğun aparılır. Bu Qaydalar idxal-ixrac əməliyyatlarının növlərini sadalayır, onların həyata keçirilməsini müəyyən edir. Eyni zamanda, həmin sənəddə qeyd edilən əməliyyatların aparılması ilə bağlı hesablaşma qaydaları, bu əməliyyatların rəsmiləşdirilməsi proseduru göstərilir, bununla bağlı tələb olunan sənədlərin siyahıları açıqlanır. Qaydalara əsasən 20 adda mal ilə bağlı xarici ticarət (idxal-ixrac) əməliyyatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı əsasında aparılır. Daha 15 adda mal və 4 adda xidmətin idxal-ixracı ilə bağlı əməliyyatlar əlaqədar dövlət qurumlarının rəyi əsasında həyata keçirilir. 4 adda mal müvafiq dövlət orqanları tərəfindən verilən lisenziya əsasında idxal (ixrac) olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt əlavə dəyər vergisi də tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə ayrı-ayrı mal qruplarının idxalı ilə bağlı ödənişlərin (rüsumların və s.) məbləğləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 2009-cu il yanvarın 1-dən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi tətbiq edilir. Bununla əlaqədar, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini Azərbaycan Respublikasının gömrük orqanları həyata keçirir. İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, ayrı-ayrı mallar və xidmətlərlə bağlı xarici ticarət əməliyyatlarına dair ətraflı məlumat almaq istəyirsinizsə, habelə bu əməliyyatların həyata keçirilməsində yardıma ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az