Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Sosial sığorta haqqlarının ödənilməsi haqqında

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən gəlir, əmək haqqı, dividend və s. formada gəlir əldə edən hər bir şəxs həmin gəlirdən müəyyən edilmiş növdə, qaydada və məbləğdə məcburi ödəniş həyata keçirməlidir. Bu məcburi ödənişlərin bir növünü də sosial sığorta haqqı təşkil edir. Sosial sığorta haqqı vergidən fərqli olaraq dövlət büdcəsinə deyil, büdcədənkənar dövlət fondu olan Dövlət Sosial Müdafiə Fonduna ödənilir. Sosial sığorta haqqının ödənilməsi qaydası, ayrı-ayrı kateqoriyadan olan şəxslər üçün müəyyən edilmiş sosial sığorta haqqlarının dərəcələri və s. bu kimi məlumatları bilmək sahibkarlar, habelə muzdla işləyən şəxslər üçün olduqca əhəmiyyətlidir. Belə ki, sosial sığorta haqqının ödənilməsi sahəsində müəyyən edilmiş qaydaların pozulmasına görə qanunvericilikdə maliyyə sanksiyaları və inzibati tənbehlər nəzərdə tutulmuşdur. Əgər sosial sığorta haqqının ödənilməsi qaydası, ayrı-ayrı kateqoriyadan olan şəxslər tərəfindən ödənilməli olan sosial sığorta haqqlarının dərəcələri, habelə sosial sığorta haqqının ödənilməsi sahəsində müəyyən edilmiş qaydaların pozulmasına görə tətbiq edilən məsuliyyət növləri barədə ətraflı məlumat almaq istəyirsinizsə, “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az