Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Əmtəə nişanları və coğrafi göstəricilər barədə

Sahibkarın əmtəələrinin və ya xidmətlərinin eyniləşdirilməsi sahibkarlıq fəaliyyətinin işgüzar adətlərə uyğun göstərilməsinin təmin edilməsi, haqsız rəqabətin qarşısının alınması istiqamətində mühüm və effektiv tədbirlərdən biridir. Sahibkarın əmtəələri və ya xidmətləri digər sahibkarın əmtəələri və ya xidmətlərindən əmtəə nişanları vasitəsi ilə fərqlənirlər. Əmtəə nişanı qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Bununla yanaşı, istehlak bazarında məhsul və xidmətlərin mənşəyinin müəyyənləşdirilməsi baxımından coğrafi göstəricilər vacib rol oynayır. Coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə (coğrafi obyektlə) bağlı olduğunu bildirən, onun xüsusi keyfiyyətini, şöhrətini və başqa xüsusiyyətlərini əks etdirən göstəricidir. Əmtəə nişanları və coğrafi göstəricilər malların dövriyyəsində tanınma və qanunsuz müdaxilələrdən müdafiə funksiyasını daşıyırlar. Eyni zamanda, onlar istehsal olunan və satılan məhsulların, göstərilən xidmətlərin zəruri atributlarına çevrilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı qaydalar barədə məlumat sahibkarlıq subyektləri üçün olduqca faydalı olar. Əmtəə nişanları və coğrafi göstəricilər ilə bağlı məsələlərin hüquqi tənzimlənməsi barədə ətraflı məlumat almaq istəyirsinizsə, “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az