Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Reklam haqqında!

Bazar iqtisadiyyatı şəraitində sahibkarların mallarının (işlərinin, xidmətlərinin) realizə edilməsində reklam böyük rol oynayır. Bu səbəbdən iş adamları bu və ya digər bazarda öz fəaliyyətlərini uğurla həyata keçirmək üçün reklama müəyyən qədər vəsait sərf edirlər. Bir sözlə, reklam bazar iqtisadiyyatının mühüm atributlarından birinə çevrilmişdir. Bunu nəzərə alaraq, dövlət tərəfindən Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimlənmişdir. Müvafiq qanunvericilik aktları ilə reklama dair ümumi və xüsusi tələblər müəyyən edilmiş, reklamın ayrı-ayrı növlərinin siyahısı və şərtləri təsbit edilmişdir. Eyni zamanda, reklam fəaliyyəti icazə sistemi ilə həyata keçirilən fəaliyyət növlərinə aid olduğundan, reklamın yerləşdirilməsinə icazə verilməsi və onun yayımına razılıq verilməsi qaydaları müəyyən edilmişdir. Bununla yanaşı, aidiyyəti hüquqi sənədlərlə küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklam tarifi zonaları üzrə ödənilən haqqın minimum miqdarının hesablanması və küçə reklamının yerləşdirilməsinə icazə vermək məqsədi ilə müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən reklam tarifi zonaları, habelə reklam fəaliyyəti üçün ödəniş tarifləri müəyyən edilmişdir. Reklam fəaliyyətinin hüquqi tənzimlənməsi haqqında ətraflı məlumat almaq istəyirsinizsə “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az