Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaları barədə

Azərbaycan Respublikasının əmək bazarında ölkə vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də fəaliyyət göstərir. Onlar əmək qanunvericiliyinin ölkə vətəndaşları üçün müəyyən etdiyi hüquqlardan istifadə edir və vəzifələri yerinə yetirirlər. Bununla belə, Azərbaycan Respublikası vətəndaşlarının məşğulluğunu təmin etmək, işsizliyi aradan qaldırmaq baxımından ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti ilə bağlı qanunvericilik aktları ilə bir sıra məhdudiyyətlər müəyyən edilmişdir. Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək fəaliyyətini icazə sistemi əsasında həyata keçirirlər. İcazələr müvafiq dövlət orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlər təqdim edildikdə və müvafiq qaydada təsbit olunmuş ödəniş həyata keçirildikdə verilir. Müəyyən olunmuş icazə sistemini pozan şəxslər böyük miqdarda cəriməyə məruz qalırlar. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş bir sıra hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında əmək fəaliyyətini icazə almayaraq da həyata keçirə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında əmək fəaliyyətinin xüsusiyyətləri barədə ətraflı məlumat almaq istəyirsinizsə, bu sahədə müvafiq sənədlərşdirmə məsələlərində yardıma ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az