Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Sahibkarların fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən tədbirlər barədə

Dövlət tərəfindən sahibkarlığın inkişafı, sahibkarlıq subyektləri üçün əlverişli fəaliyyət mühitinin yaradılması istiqamətində mühüm tədbirlər görülür. Bu tədbirlərin sırasında ilbəil sahibkarlar üçün müəyyən edilmiş vergi və rüsum yükünün azaldılması, sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi, sahibkarlıq fəaliyyəti üçün tələb olunan icazəverici sənədlərin sayının azaldılması, yerdə qalanlarının isə verilməsi prosedurunun sadələşdirilməsinə yönəlmiş işləri vurğulamaq olar. Bununla belə, sahibkarlığın inkişafına maneələr törədən hallar hələ də qalmaqdadır ki, bunlardan da ən ağrılısı sahibkarların işinə əsassız və qanunsuz müdaxilələr təşkil edir. Hal-hazırda, sahibkarlıq subyektlərinin fəaliyyətində dövlət qurumları tərəfindən bürokratik əngəllərin yaradılması, onların işinə yerli-yersiz qarışma hallarına hələ də rast gəlmək olur. Belə hallarla mübarizə ölkə rəhbərliyinin iqtisadi siyasətində prioritet təşkil edir. Bu məqsədlə dövlət tərəfindən bir sıra mühüm hüquqi sənədlər verilmişdir. Həmin sənədlərlə dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların proseduru müəyyən edilmiş, sahibkarları əsassız müdaxilələrdən qorumaq üçün əlavə təminatlar təsbit edilmişdir. Sahibkarlıq subyektlərini dövlət qurumlarının qanunsuz hərəkətlərindən müdafiə etmək istiqamətində qanunvericiliklə təsbit olunmuş təminatlar barədə ətraflı məlumat almaq istəyirsinizsə, bu sahədə əməli yardıma ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az