Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!Gündəlik tələbatımızda istehlak etdiyimiz məhsulların böyük əksəriyyəti kənd təsərrüfatı məhsullarıdır. Bu səbəbdən kənd təsərrüfatının milli iqtisadiyyatımızda xüsusi çəkisi böyükdür.
Bununla əlaqədar, xüsusi sektorda, xüsusən də regionlarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin əksəriyyəti kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir.
Eyni zamanda, Azərbaycanın ixrac potensialının böyük hissəsini məhz kənd təsərrüfatı məhsulları təşkil edir.
Bu sahənin ölkə iqtisadiyyatındakı rolunu nəzərə alaraq, dövlət kənd təsərrüfatı sahəsində fəaliyyətin tənzimlənməsinə və stimullaşdırılmasına xüsusi əhəmiyyət verir.
Bu məqsədlə kənd təsərrüfatının ayrı-ayrı sahələrindəki münasibətləri tənzimləyən bir sıra Qanunlar qəbul olunmuş, Fərman və Qərarlar verilmişdir. Bunlardan, atçılıq, tütünçülük, taxılçılıq, üzümçülük və s. sahələrə, baytarlıq və fitosanitar fəaliyyətinə aid hüquqi sənədləri qeyd etmək olar.
Bununla yanaşı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən yardım göstərilməsi, onlara vergi və digər güzəştlərin verilməsi ilə bağlı da bir sıra qanunvericilik aktları qəbul edilmişdir.
Kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin xüsusiyyətləri, bu sahədə vergi qanunvericiliyi, sahibkarlıq fəaliyyətinə müxtəlif növ sertifikat, şəhadətnamə, xüsusi razılıq və bu kimi digər sənədlər və onların verilməsi qaydaları, habelə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün dövlət tərəfindən müəyyən edilmiş güzəşt və yardımlar barədə ətraflı məlumat almaq istəyirsinizsə, bu sahədə sahibkarlıq fəaliyyətinizi qurmaq üçün yardıma, qarşınıza çıxan hüquq xarakterli problemlərin aradan qaldırılmasında köməkliyə ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.