Vergilər haqqındaFəaliyyət formasından, biznes sahəsindən asılı olmayaraq bütün sahibkarlar vergi münasibətlərinin subyekti olaraq müəyyən edilmiş qaydada uçota duraraq vergi ödəməlidirlər.
İlk baxışda sadə olan vergi mükəlləfiyyəti, əslində mürəkkəb, çoxşahəli hüquq münasibətlərinin məcmusudur.
Təsədüf deyil ki, vergi qanunvericiliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə yanaşı, vergi münasibətlərinə aid müxtəlif məsələləri tənzimləyən Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları da təşkil edir.
Sahibkarlar üçün yalnız vergi ödəyicisi kimi uçota durmaq qaydalarını və ayrı-ayrı vergi növlərinin dərəcələrini bilmək heç də vergi qanunvericiliyinə riayət etmək baxımından fəaliyyət göstərmək üçün kifayət deyildir.
Bu və ya digər vergi növlərinin ödənilmə qaydaları, onlardan azad olma halları, vergi öhdəliyinin pozulmasına görə məsuliyyətin növləri barədə məlumatlı olmaq sahibkarlıq fəaliyyəti subyektləri üçün olduqca maraqlı və vacib məqamlardandır.
Bununla yanaşı, vergi ödəyicisinin əmlakının siyahıya alma qaydası və halları, qanunvericiliklə vergi öhdəliyinin icrasına görə əmlakına tələb yönəldilməsi qadağan olunmuş müəssisə və təşkilatların siyahısı, vergi ödəyicisinin əmlakına tələb yönəldilməsinin ardıcıllığı barədə də məlumatlar sahiblarların əmlak mənafelərinin qorunması üçün zəruridir.
Vergi qanunvericiliyi ilə üzərinizə düşən vəzifələrin icrası zamanı vaxtınıza və maliyyə vəsaitinizə qənayət etmək istəyirsinizsə, bu sahədə qarşılaşığınız problemlərin həllində köməkliyə ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.