Torpaq bazarı haqqındaFəaliyyət növündən asılı olmayaraq, bütün sahibkarlar öz fəaliyyətlərində bu və ya digər şəkildə torpaqla əlaqədardırlar.
İstər kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərin, istərsə də bina, tikili və ya qurğu əldə edərək (inşa etdirərək) sənaye, ticarət və s. fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyətini torpaq sahəsi olmadan təsəvvür etmək mümkünsüzdür.
Bununla belə, mülkiyyət formasından, fəaliyyət xüsusiyyətindən, yerləşdiyi ərazidən, habelə torpaq əldə etmək istəyən sahibkarın qeydiyyatda olduğu yerdən asılı olaraq torpaq sahələrinin dövriyyəsi qaydaları fərqlidir.
Azərbaycan Respublikasında torpaq dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Mülkiyyət növləri torpağın özgəninkiləşdirilməsi xüsusiyyətlərinə təsir göstərən amillərdən biridir (birbaşa satış, müsabiqə əsasında satış).
Eyni zamanda, torpağın satış qiymətinin və icarə haqqının müəyyənləşdirilməsi üçün tətbiq olunan metodikalar torpaqdan istifadənin təyinatından asılıdır. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti keyfiyyət göstəricisi olan bonitet ballarına əsasən, qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti isə yerləşdiyi ərazidən asılı olaraq müəyyən edilir.
Torpaqdan istifadənin təyinatından asılı olaraq, zəruri olan hüquqverici sənədlərin və onları verən dövlət qurumlarının siyahısı da fərqlidir.
Torpaq bazarının özəllikləri barədə ətraflı məlumat almaq istəyirsinizsə, habelə torpaq sahəsinin əldə edilməsində və ya torpaq sahəsi ilə bağlı fəaliyyətlə əlaqədar hüquqverici sənədlərin alınmasında köməkliyə ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.