Yeyinti məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nəzərinə!Yeyinti məhsulları gündəlik istehlakda istifadə edilən məhsulların böyük bir hissəsini təşkil edir. Bu məhsullar insanların həyat fəaliyyətini və sağlamlığını optimal vəziyyətdə saxlamaq üçün zəruri olan məhsullardır. Məhz bu baxımdan xüsusi sektorda faəliyyət göstərən hüquqi və fiziki şəxslərin böyük əksəriyyəti yeyinti məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alış-satışı və idxal-ixracı ilə məşğuldular.
Bununla yanaşı, yeyinti məhsullarının əhalinin həyatında vacibliyini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində əhəmiyyətini nəzərə alaraq, dövlət tərəfindən bu məhsulların keyfiyyətinin idarə edilməsinin, istehsalının və bazarının təşkilinin hüquqi əsasları müəyyən edilmişdir.
Bu sahədə əsas normativ hüquqi akt “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu hesab olunur. Bu Qanun yeyinti məhsulları sahəsindəki fəaliyyət növlərini, yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində tələblər müəyyən edir.
Eyni zamanda, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda yeyinti məhsulları sahəsindəki fəaliyyəti həyata keçirmək üçün zəruri olan qeydiyyat və hüquqverici sənədlərin növləri təsbit edilmişdir.
Həmin Qanunun icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Fərmanlarla yeyinti məhsulları sahəsində dövlət nəzarəti sahəsində dövlət qurumlarının səlahiyyətləri, onların səlahiyyət çərçivələri müəyyən edilmişdir.
Qanunun icra mexanizmini formalaşdırmaq istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərarlar qəbul edilmişdir.
Bu qərarlar yeyinti məhsulları sahəsində fəaliyyət göstərmək üçün tələb olunan hüquqverici sənədlərin alınması qaydalarını, onlar alınarkən təqdim edilməli olan sənədlərin siyahısını, hüquqverici sənədləri verən dövlət qurumlarını və vəzifəli şəxsləri müəyyən edir.
Eyni zamanda, bu qərarlarla yeyinti məhsullarına dair müəyyən edilən tələblər, həmin məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsinin forma və prosedurları tənzimlənir.
Yeyinti məhsulları sahəsində fəaliyyət barədə ətraflı məlumat almaq istəyirsinizsə, habelə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və bununla bağlı dövlət qurumlarının əsassız və qanunsuz müdaxiləsindən qorunmaq üçün köməyə ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.