Qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) barədə məlumatPlanlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid bir çox sahələrdə istehsal olunan malların, göstərilən xidmətlərin və görülən işlərin qiymətinin (tarifinin) sərbəstləşdirilməsinə gətirib çıxardı.
Artıq müqavilə qiymətləri dövlət tərəfindən təsbit olunmuş qiymətlər (tariflər) əsasında deyil, tərəflərin razılığına əsasən müəyyənləşdirilir.
Bununla belə, hələ də bəzi sahələrdə malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənir.
Belə qiymətləri (tarifləri) şərti olaraq iki qrupa bölmək olar: dövlət rüsumü və tənzimlənən qiymətlər (tariflər).
Dövlət rüsumu müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişlərdir.
Tənzimlənən qiymətlər (tariflər) səviyyəsi aidiyyəti dövlət orqanı tərəfindən müəyyənləşdirilən qiymətlərdir (tariflərdir). Bu qiymətlərə (tariflərə) təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətdiq edilən qiymətlər aiddir. Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı, habelə onlara tətbiq edilən qiymətlərin (tariflərin) məbləği təsdiq edilmişdir.
Dövlət rüsumu tətbiq edilən xidmətlər və hüquqi hərəkətlərin, qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı, habelə rüsum və qiymətlərin məbləğləri barədə ətraflı məlumat almaq istəyirsinizsə, “HES” hüquq firmasına müraciət edə bilərsiniz.