Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Əmlakın əldə edilməsi və onun üzərində hüquqların rəsmiləşdirilməsi barədə məlumat

Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçid istiqamətində aparılmış iqtisadi islahatlar nəticəsində mülkiyyət münasibətləri sahəsində keyfiyyətcə yeni dəyişikliklər baş vermişdir. Aqrar islahatlar və dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlətə və kollektiv təsərrüfatlara məxsus əmlakın bir hissəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə keçmiş, dövlət əmlakının digər hissəsi isə onlar tərəfindən icarəyə götürülmüşdür. Yeni mülkiyyətçilərin və digər əşya hüquqları sahiblərinin böyük bir hissəsi əldə etdikləri əmlakdan istifadə etməklə sahibkarlıqla məşğul olmağa başlamışlar. Bununla yanaşı, bir çox hallarda vətəndaşlar, sahibkarlar, bələdiyyələr öz fəaliyyətləri prosesində daşınmaz və daşınar əmlak əldə edirlər. Əldə edilmiş əmlaka qanuni şəkildə sahiblik edilməsi, ondan istifadə edilməsi və onun üzərində sərəncam verilməsi, ilk növbədə, onun üzərindəki hüquqların düzgün qeydiyyata alınmasından asılıdır. Bu isə, öz növbəsində, əmlak üzərində hüquqların rəsmiləşdirilməsi qaydalarının bilməsini vacib edir. Əmlakın növündən, mülki dövriyyə baxımından hüquqi vəziyyətindən və sair amillərdən asılı olaraq onun əldə edilməsi və özgəninkiləşdirilməsi, bununla bağlı imzalanmış müqavilələrin rəsmiləşdirilməsi və həmin əmlakın dövlət qeydiyyatı ilə bağlı qaydalar, habelə bu əmlakı təsvir edən sənədlər müxtəlifdir. Belə ki, müxtəlif əmlaklar mülki dövriyyə baxımından dövriyyəsi məhdudlaşdırılmayan, dövriyyəsi məhdudlaşdırılan və dövriyyəsi qadağan olunan əmlak qruplarına bölünür. Eyni zamanda, əmlakın yerləşdiyi ərazi də onun hüquqi vəziyyətinə, xüsusən də alğı-satqı qiymətinə, habelə icarə haqqı məbləğinə bilavasitə təsir edir. Əmlakların növləri, onların mülki dövriyyəsinin hüquqi rejimi, ayrı-ayrı əmlak növləri ilə bağlı əqdlərin bağlanması və dövlət qeydiyyatı barədə ətraflı məlumat almaq istəyirsinizsə, habelə dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı (bina, qurğu, torpaq və s.) özəlləşdirərkən və ya icarəyə götürərkən hüquqi yardıma ehtiyacınız varsa “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az