Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Xüsusi razılıq tələb edən (lisenziyalaşdırılan) sahibkarlıq fəaliyyətinin növləri haqqında

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir və xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısı və xüsusi razılıq (lisenziya) verilməsi qaydaları Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunur. 2002-ci ilədək olan dövrdə xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin sayı 80-ə bərabər idi. Eyni zamanda, müxtəlif növ fəaliyyət növlərinə xüsusi razılığın (lisenziyanın) verilməsi müxtəlif sənədlərlə tənzimlənirdi . Xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin sayının azaldılması, lisenziya müddətinin uzadılması, lisenziya verilməsi qaydalarını daha da təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ı təsdiq edilmişdir. Qaydalar xüsusi razılığın (lisenziyanın) verilməsi qaydasını, lisenziyanın müddətini, lisenziya tələblərinə və şərtlərinə nəzarətin formalarını, habelə lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi hallarını müəyyən edir. Bununla yanaşı, Fərmanla “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” və “Naxçıvan Muxtar Respublikasının İcra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı” təsdiq edilmişdir. Hal-hazırda, xüsusi razılıq (lisenziya) tələb olunan sahibkarlıq fəaliyyəti növlərinin sayı 57-dir. Naxçıvan Muxtar Respublikasının İcra hakimiyyəti orqanları 16 növ sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verirlər. Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti xüsusi razılıq (lisenziya) tələb olunan sahibkarlıq fəaliyyəti növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri təsdiq etmişdir. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri, xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə ətraflı məlumat almaq istəyirsinizsə, “HES” hüquq firmasına müraciət edin. 

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az