Azərbaycan English Русский
12
qqq

Faydalı məlumatlar:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 



Tikinti sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!

Məlum olduğu kimi, Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyət növləri müvafiq dövlət orqanları tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Bu fəaliyyət növlərinə bina və qurğuların mühəndis-axtarış işləri, layihələndirilməsi və tikinti-quraşdırma işləri də aiddir. Belə ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 noyabr tarixli Fərmanı ilə I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işləri, layihələndirilməsi və tikinti-quraşdırma işləri ilə bağlı fəaliyyət növləri lisenziyalaşdırılan fəaliyyət növlərinə aid edilmişdir. Qeyd edilən Fərmanla lisenziyalaşdırılan I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işləri, layihələndirilməsi və tikinti-quraşdırma işləri ilə bağlı fəaliyyət növləri, bu fəaliyyət növləri üzrə ödənilməli olan dövlət rüsumlarının məbləğləri təsdiq edilmişdir.Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 noyabr tarixli Fərmanında I, II və III məsuliyyət səviyyəli bina və qurğuların təsnifatını nəzərdə tutan yeni dövlət standartının, habelə binaların, hidrotexniki qurğuların, körpülərin və sair obyektlərin tikintisinin xüsusiyyətlərini nəzərə alaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işləri, layihələndirilməsi və tikinti-quraşdırma işləri üzrə lisenziyalaşdırılan işlər və xidmətlərin Siyahısının hazırlanıb təsdiq edilməsi nəzərdə tutulmuşdur. I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işləri, layihələndirilməsi və tikinti-quraşdırma işləri ilə bağlı fəaliyyət növlərinə lisenziya (xüsusi) razılıq verilməsinə dair (bu mövzuda) ətraflı məlumat almaq istəyirsinizsə, “HES” hüquq firmasına müraciət edin.

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az