Azərbaycan English Русский
12
qqq

Layihələr:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 


“Sənin vəkilin” fərdi layihəsi

“Sənin vəkilin” fərdi layihəsi “HES” hüquq firmasının hüquqi şəxslərlə (sahibkarlar) bağladığı müqavilələr əsasında işə götürənlər tərəfindən öz işçilərinin hüquqi məsələlərlə bağlı problemlərinin onlar işdən (istehsalatdan) ayrılmadan və xidmət haqqı işəgötürən tərəfindən həyata keçirilən hüquqi fəaliyyətdir.
“Sənin vəkilin” layihəsi hüquq və konsaltinq xidmətləri göstərən “HES” hüquq firması tərəfindən öz əməkdaşları vasitəsi ilə müqavilə əsasında fəaliyyət göstərdikləri müəssisə, idarə və təşkilatlarda(fərdi fəaliyyət göstərən sahibkar) işləyən işçilərin işlədiyi işəgötürənlə bağlı olmayan mübahisələri və hüquqi xarakterli məsələləri ilə əlaqədar hüquqlarının həyata keçirilməsi, hüquqla bağlı yaranan mübahisələrinin həlli məqsədləri üçün şifahi məsləhətlərin, yazılı arayışların verilməsi, işçilər üçün hüquqi xarakterli sənədlərin(ərizələr,şikayətlər və s)tərtib edilməsi, işçilərin verdiyi vəkalətnamə əsasında qanunla müəyyən edilmiş qaydada onun nümayəndəsi qismində dövlət, bələdiyyə, özəl məhkəmə və digər orqan və təşkilatlarda təmsil olunması və digər hüquqları həyata keçirilməsi məqsədi ilə həyata keçirilir.
“Sənin vəkilin”layihəsinin həyata keçirilməsi üçün işəgötürənlə hüquq firması arasında hüquqi xidmət haqqında müqavilə bağlanmalı, müəyyən müddət ərzində(6ay, 1 il və s) layihə ilə əhatə olunacaq hər bir işçi üçün razılaşdırılmış xidmət haqqı müəyyənləşdirilməli, hər ayın sonunda və yekun olaraq müqavilə başa çatdıqdan sonra göstərilmiş hüquqi xidmətlərin nəticələri barədə hesabat verilməlidir.
“Sənin vəkilin”layihəsi həyata keçirilən zaman hüquq firması işçilərin əmək müqaviləsi bağladığı işəgötürənlə bağlı hər hansı bir hüquqi, məişət, sosial və digər probleminin həlli ilə bağlı onun işçilərinə məsləhət, arayış vermir, işçi ilə işəgötürən arasında həmin problemin həlli ilə bağlı vasitəçi və ya məsləhətçi qismində çıxış etmir, işçi işəgətürən arasında hüquqi məsələlər ilə bağlı yaranmış mübahisələrdə işəgətürənin tapşırığı əsasında onun nümayəndəsi qismində onu dövlət və məhkəmə orqanlarında təmsil etmir.
İşçinin işəgətürənlə bağladığı əmək münasibətləri ilə əlaqəsi olmayan digər hər hər hansı bir hüquqi məsələ ilə əlaqədar hüquqi xidmət göstərməsinə dair xahişi yalnız firma ilə həmin şəxs arasında bağlanmış hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq həyata keçirilir və tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilir.
“Sənin vəkilin”layihəsinin həyata keçirilməsi üçün işəgötürən iş vaxtından kənar işçilərin işlə bağlı olmayan məsələlərinin həlli məqsədi ilə işçilərin işdən (istehsalatdan) kənar qəbul edilməsi qaydasını müəyyənləşdirməli, həmin qaydaya uyğun işçilərin qəbul edilməsinin hüquq firmasının əməkdaşları tərəfindən həyata keçirilməsi üçün iş yerində və ya firmada müəyyən günlər və müəyyən saatlar ayrılmasını razılaşdırmalıdır. Bu zaman iş elə təşkil olunmalıdır ki, həm işəgötürənin işinin(istehsalının) ahəngi pozulmasın və həm də hüquq firmasının normal iş fəaliyyətinə xələl gəlməsin.Tərəflər arasında layihənin həyata keçirilməsinin təmini ilə bağlı işçilərin qəbulunun qeyri iş günləri(istirahət, bayram günləri) həyata keçirilməsi istisna edilmir.
İşçinin hər hansı bir hüquqi xarakterli probleminin həlli ilə bağlı Bakı şəhərindən kənara getmək zərurəti yarandıqda həmin məsələ hüquq firmasının rəhbərliyi tərəfindən həll edilir və bu zaman ezamiyyətlə bağlı çəkiləcək əlavə xərclər barədə işəgötürənə məlumat verilir.Hüquq firması layihənin həyata keçirilməsi zamanı işçinin işlə bağlı problemi ilə əlaqədar ona müraciət etdiyi haqda, həmin problemlə bağlı işçi ilə bütün müzakirələri dayandırır və ona izah edir ki, layihə yalnız işlə bağlı olmayan digər məsələləri əhatə edir, layihə işəgötürənin vəsaiti ilə işçilərin həmin məsələlərinin həlli məqsədi ilə həyata keçirdiyi və əmək müqaviləsi ilə tənzimlənməyən münasibətləri əhatə edir və hüquq firması işəgötürənə hüquqi xidmət göstərən təşkilat kimi həmin problemin həllində iştirak edə bilməz. Bu zaman hüquq firması məsələnin həlli ilə bağlı işəgötürənə və ya həmkarlar ittifaqında müraciət etməyi işçiyə tövsiyyə edə bilər.
Layihənin həyata keçirilməsi zamanı tərəflərə aşağıdakıların edilməsi məqsədəyğun hesab edilmir:
 - əgər hüquq firması tərəfindən işçinin işdən kənar hüquqi məsələsinin həlli ilə bağlı mübahisə zamanı hüquq firmasının əvvəl bağladığı müqavilə ilə qarşı tərəfə hüquqi xidmət göstərdiyi və həmin tərəfin bu mübahisə üzrə tərəf olduğu müəyyən edilərsə;
 - əgər hüquq firması işçi arasında onun işlə bağlı olmayan hər hansı bir məsələ ilə əlaqədar mübahisəsi varsa və ya layihənin həyata keçirilməsi ilə bağlı belə bir mübahisəsi yaranmışsa;
 - əgər layihənin həyata keçirilməsi zamanı işçinin işəgötürənin bağladığı müqavilələr əsasında əməkdaşlıq etdiyi şəxslərlə mübahisəsi yaranmışsa və həmin mübahisənin həlli ilə bağlı işəgötürən və onun müqavilə üzrə tərəfdaşı arasında mübahisənin həlli ilə əlaqədar razılıq yoxdursa;
 - əgər mübahisə bilavasitə işəgötürənlə və ya bilavasitə hüquq firması ilə bağlıdırsa.

 

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az