Azərbaycan English Русский
12
qqq

Layihələr:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 


“İnternet vasitəsi ilə hüquqi xidmət” fərdi layihəsi

“İnternet vasitəsi ilə hüquqi xidmət” fərdi layihəsi “HES” hüquq firmasının hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr əsasında (bundan sonra “Sifarişçi”) işdən ayrılmadan internet vasitəsilə ilə operativ şəkildə hüquqi məsələlərlə bağlı istənilən sualın hüquq firmasına (müqavilə ilə müəyyənləşdirilmiş halda hüquq firmasının əməkdaşına) göndərilməsi və həmin sual üzrə internet vasitəsi ilə yazışmaların aparılması, zəruri olan məlumatların və qanunvericiliyə aid sənədlərin elektron versiyasının qısa bir müddətdə operativ şəkildə verilməsinin təmin edilməsi məqsədilə həyata keçirilir.Həmin yazışmalar Sifarişçinin əməkdaşlarının iş prosesində hər hansı hüquqi xarakterli məsələ ilə bağlı rastlaşdığı və həlli ilə bağlı qarşıya çıxan suallara qısa bir müddətdə operativ olaraq cavab tapılmasına şərait yaradılmasını təmin edir,vaxt itkisi, rəsmi yazışmaların azaldılması, istənilən hüquqi məsələ barədə ən qısa zaman çərçivəsində həllini mümkün edir.
“İnternet vasitəsi ilə hüquqi xidmət” layihəsi hüquq və konsaltinq xidmətləri göstərən “HES” hüquq firması tərəfindən öz əməkdaşları vasitəsi ilə müqavilə əsasında fəaliyyət göstərdikləri müəssisə, idarə və təşkilatların(Sifarişçinin) müəyyən etdiyi işçilərinin e-mail ünvanlarına daxil olmuş sorğulara (məktublara) qanunvericiliyə əsasən cavab verilməsi, qanunvericilik aktlarının, onlardan çıxarış və hissələrin əlavə edilməklə operativ şəkildə göndərilməsini, aparılan yazışmaların gizliliyinin (konfedensiallığının) qorunmasının təmin edilməsinə zamanət verir.
Layihənin həyata keçirilməsi zamanı Sifarişçi günün istənilən vaxtında hüquqi xarakterli sualla “HES” hüquq firmasına (onun əməkdaşına) İnternet vasitəsi ilə müraciət edə bilər və həmin suala qısa bir vaxtda cavab ala bilər.
Sifarişçinin sualının cavabı üçün müəyyən araşdırma aparılması, mütəxəssis rəyinin alınması, mərkəzi icra hakimiyyəti orqanlarının bəzi normativ aktlarının müəyyənləşdirilməsi, həmin vaxtda qüvvədə olmayan,lakin Sifarişçiyə hər hansı məsələ ilə bağlı zəruri olan və digər müstəsna hallar olduqda 3 (üç) gün ərzində həmin sualın cavabının yubadılması istisna təşkil edir.
Suallar və onların cavabları Sifarişçinin istəyi ilə azərbaycan, rus və ingilis dilllərində verilə bilər. Cavablara əlavə edilən qanunvericilik aktları, onlardan çıxarışlar və hissələr əksər hallarda azərbaycan dilində göndərilir. Digər dillərdə olan qanunvericilik aktlarının tərcüməsi rəsmi nəşr olunmadığından onların tətbiqində problemin yaranmasında, onların təfsirində səhvlərə yol verilməsinə görə hüquq firması məsuliyyət daşımır.
Layihənin həyata keçirilməsi heç də həmin layihə əsasında tərəflər arasında aparılmış elektron yazışmaların rəsmi yazışmalara çevrilməsini istisna etmir. Belə ki, tərəflərin işçiləri və ya bilavasitə Sifarişçinin rəhbərinin hüquq fiması ilə internet vasitəsi ilə yazışmasından sonra həmin suala rəsmi arayışın (rəyin) tərtib edilməsi, qanunvericilik materiallarının(onlardan çıxarış və ya hissələrin)verilməsinə mane olmur.İnternet vasitəsi ilə hüquqi xidmətin göstərilməsi birinci növbədə Sifarişçinin gündəlik fəaliyyəti dövründə qarşıya çıxan suallara qısa zaman çərçivəsində operativ cavab tapılmasını, istənilən sualın cavabını operativ şəkildə almaqla istehsal (biznes) fəaliyyətinin maneəsiz həyata keçirilməsinin təminidir.
“HES” hüquq firması internet vasitəsi ilə verilən cavabların qanunvericiliyə uyğunluğuna və həmin suallara operativ şəkildə qanuna müvafiq qaydada cavab vermək üçün günün istənilən saatı öz işçisi ilə əlaqə yaratmaq imkanının olmasına təminat verir.
Qeyri-iş günləri və iş vaxtından sonra (axşam saat 18:00)həmin internet vasitəsi ilə göndərilən suallara operativ cavab verilməsinin təmin edilməsi üçün ünvanına sual göndərilmiş hüquq firması əməkdaşına və ya firmanın rəhbərinə mobil telefonla bu haqda məlumat verilməlidir.
İnternet vasitəsi ilə göstərilən hüquqi xidmətə görə haqqın ödənilməsi aylıq abunə ödənişi qaydasında və ya görüləcək işlərin həcmi nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bu barədə tərəflər arasında hüquqi xidmət müqaviləsi bağlanmalı və göstəriləcək xidmətlərin dairəsi müəyyənləşdirilməlidir.
Tərəflər aparılan yazışmaların konfedensiallığını qorumaq üçün işçilərini təlimatlandırmalı və sirrin qorunmasını təmin etməlidirlər.

 

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az