Azərbaycan English Русский
12
qqq

Haqqımızda:

Əsas səhifə Seçilmişlərdən et Elektron məktub
 

Hörmətli xanımlar və cənablar!
Dəyərli iş adamları!

“Hüquqekspertservis” hüquq firması (“HES” hüquq firması) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun təsis edilmişdir və 15 fevral 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
“HES” hüquq firmasının təsisçisi hüquqşünas Elçin Zahid oğlu Nadirovdur.
“HES” hüquq firmasının yaradılmasında başlıca məqsəd respublikamızda peşəkar və keyfiyyətli hüquqi yardıma gündən-günə artan tələbatın ödənilməsi prosesində iştirak etmək, əhalinin geniş təbəqələrinin hüquqi maarifləndirilməsində yardımçı olmaq, o cümlədən hüquqi və fiziki şəxslərə, xüsusilə də iş adamlarına müxtəlif növ hüquqi və konsaltinq xidmətlərini göstərməkdən ibarətdir.
“HES” hüquq firması bütün növ hüquqi və konsaltinq xidmətlərini təcrübəli əməkdaşları vasitəsilə həyata keçirir. Biz hörmətli müştərilərimizə xidmətləri sərfəli şərtlər və qiymətlər daxilində müxtəlif xidmət paketlərinin təqdim edilməsi yolu ilə həyata keçiririk. Xidmətlərin göstərilməsi abunə ödənişi qaydasında və ya birdəfəlik tapşırıqların yerinə yetirilməsi şəklində təklif olunur. Eyni zamanda biz dəyərli müştərilərimizin istənilən idea və layihələrinin gerçəkləşməsi məqsədilə hüquqi dəstək verməyə də hazırıq.
Əgər Siz fəalyyətiniz dövründə hər hansı bir problemlə üzləşmək istəmirsinizsə və işinizə kənardan əsassız müdaxilələrin qarşısının alınmasını vaxtında istəyirsinizsə onda artıq bizimlə əməkdaşlıq etmək barədə düşünməlisiniz.

 

  © 2008 «Hüquqekspertservis» hüquq firması / www.hes.az
Site by: WebStudio.Az

Tel.: (+99412) 510-85-03
Tel.:/ Faks: (+99412) 510-57-12
E-mail: office@hes.az; info@hes.az