|
Hörmətli
xanımlar və cənablar!
Dəyərli iş adamları!
“Hüquqekspertservis”
hüquq firması (“HES” hüquq firması) Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun təsis edilmişdir və 15 fevral
2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
“HES” hüquq firmasının təsisçisi hüquqşünas Elçin Zahid
oğlu Nadirovdur.
“HES” hüquq firmasının yaradılmasında başlıca məqsəd
respublikamızda peşəkar və keyfiyyətli hüquqi yardıma
gündən-günə artan tələbatın ödənilməsi prosesində iştirak
etmək, əhalinin geniş təbəqələrinin hüquqi maarifləndirilməsində
yardımçı olmaq, o cümlədən hüquqi və fiziki şəxslərə,
xüsusilə də iş adamlarına müxtəlif növ hüquqi və konsaltinq
xidmətlərini göstərməkdən ibarətdir.
“HES” hüquq firması bütün növ hüquqi və konsaltinq xidmətlərini
təcrübəli əməkdaşları vasitəsilə həyata keçirir. Biz
hörmətli müştərilərimizə xidmətləri sərfəli şərtlər
və qiymətlər daxilində müxtəlif xidmət paketlərinin
təqdim edilməsi yolu ilə həyata keçiririk. Xidmətlərin
göstərilməsi abunə ödənişi qaydasında və ya birdəfəlik
tapşırıqların yerinə yetirilməsi şəklində təklif olunur.
Eyni zamanda biz dəyərli müştərilərimizin istənilən
ideya və layihələrinin gerçəkləşməsi məqsədilə hüquqi
dəstək verməyə də hazırıq.
Əgər Siz fəalyyətiniz dövründə hər hansı bir problemlə
üzləşmək istəmirsinizsə və işinizə kənardan əsassız
müdaxilələrin qarşısının alınmasını vaxtında istəyirsinizsə
onda artıq bizimlə əməkdaşlıq etmək barədə düşünməlisiniz.
|